Antonio Quterreşin ofisi Ukraynanın Belqorod şəhərinə raket hücumunu pisləyibbackend

Antonio Quterreşin ofisi Ukraynanın Belqorod şəhərinə raket hücumunu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreşin ofisi Belqorodda 14 nəfərin ölümü, 108 nəfərin yaralanması ilə nəticələnən raket zərbəsini şərh edib.

Onlar bildiriblər ki, mülki infrastruktura və mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və dayandırılmalıdır.

“Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur, qəbuledilməzdir, dərhal dayandırılmalıdır və təbii ki, pislənməlidir”, – bəyanatda deyilir.

Xatırladaq ki, bu gün, dekabrın 30-da Ukrayna silahlı qüvvələri Belqoroda hücum edib. Rusiya tərəfinin məlumatına görə, raket hücumu nəticəsində üçü uşaq olmaqla 14 nəfər həlak olub.

//Samir Qurbanov, Editor.az