AP Avropa kənd təsərrüfatındakı böhranın səbəbinə diqqət çəkirbackend

AP Avropa kənd təsərrüfatındakı böhranın səbəbinə diqqət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin fransalı üzvü Mathilde Androuet deyib ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının tədarükü Avropanın kənd təsərrüfatında böhrana və yerli fermerlər arasında etirazlara səbəb olub.

Editor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Andruetin Avropa Parlamentindəki çıxışında deyilir.

Androuet qeyd edir ki, avropalı fermerlər Avropa siyasətləri kontekstində sənayelərinə daha çox diqqət yetirməyə çağırırlar. “Bu siyasətə Ukrayna taxılının Aİ-yə idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ümumilikdə Ukrayna məhsullarına gömrük rüsumlarının götürülməsi daxildir ki, bu da Fransa və Aİ fermerləri ilə rəqabəti daha da pozur”,- deputat qeyd edib.

Bu kontekstdə o, Avropa Komissiyasını avropalı fermerlər üçün daha əlverişli şərait yaratmağa və Aİ-nin ərzaq suverenliyini qorumağa çağırıb.

//Gülnarə Abasova, Editor.az