Aparıcı Azər Zahidə “stop” qoyula bilərbackend

Aparıcı Azər Zahidə “stop” qoyula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azər Zahid kimi tanınan məşhur aparıcı İsmayılov Azər Zahid oğlu məhkəməyə verilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi aparıcı ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda aparıcı Azər Zahidin vergi borcuna görə ölkəni tərk etməsi ilə bağlı xəbərlər paylaşılmış, aparıcı isə bunu təkzib etmişdi. Vergi borcunun isə A.İsmayılovun “TikTok”da təqdim etdiyi “Təkərdə” şousundan əldə etdiyi 130 min dollar gəlir ilə bağlı yarandığı deyilir./Olke.az