Aparıcı Mirağa-Şanay cütlüyü ilə bağlı ÜSYAN ETDİ: “Bizi maraqlandırmır!”backend

Aparıcı Mirağa-Şanay cütlüyü ilə bağlı ÜSYAN ETDİ: “Bizi maraqlandırmır!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirağa və Şanay cütlüyü son günlərdə sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. “TikTok” fenomeni olan bu ikilinin daha geniş tanınmasına səbəb isə onların bir televiziya verilişində iştirak etməsi və bu münasibətin efirə daşınması olub.

Cütlüyü verilişində qonaq edən tanınmış aparıcı Amil Xəlil Yenisabah.az-a açıqlama verib. O, məsələnin bu qədər şişirdilməsinə belə münasibət bildirib:

“Şanayın 200-dən çox videosunu sosial şəbəkədən sildirdim. Sadəcə səsləri qalıb. Mən sosial şəbəkədən qaçıram. Hətta bir az əvvəl belə bir müzakirə etdik ki, oğlan gəlib bura şeir deyib paylaşıb. Adamın videosunu götürüb biabır ediblər. Polisə düşüb, birini tapıb, o biriləri tapa bilməyib ki, sildirsin. Mən də onu “SMM” xidmətinə yönləndirdim.

Verilişimdən nəyinsə sosial şəbəkədə paylaşılmağına qarşıyam. Amma Şanayın məsələsi fərqli idi. Onun  deyilənə görə, psixoloji problemi var. O, dəli deyil. Ola bilsin, gərginliyi var. O cümlədən, Mirağanın da. İlk dəfədir ki, mənim verilişimdə belə bir şey olub. Döyülmə ilə bağlı idi. Sübutlar da var. Mirağa adlı şəxs bizə bildirdi ki, o, məni döyür. Həqiqətən də belə oldu. Anası gəlib bildirdi ki, bunların ucbatından övladımı 2 aydır görə bilmirəm. Mən də anasına verdim getdi”.

Amil Xəlil bəzi məsələlərə görə gileylənib:

“Yaxşılaqdan iraq, sosial mediada bəzilərinə məəttəl qaldım. Bəzilərindən iyrəndim. Şanayın videosu bir milyonu keçib. Amma 10 ildir ki, “Xəbərsiz” verilişi yayımlanır və burada ayrı-ayrı kəndlərin müxtəlif problemləri işıqlandırılır, həllini tapır. Heç kim ondan söz açmır. Onsuz da mən sosial şəbəkəyə qarşıyam. Paylaşılmasına ehtiyac görmürəm. Amma bu Şanay bura çıxdı, bir kəlmə sevgisini etiraf etdi deyə qızı yıxıb-sürüdülər. Bu cür insanlar sevə bilməz? Onun ciddi problemi olsa, əməliyyata girməzdi. 3500 manat verib gözünü şəxsən özüm əməliyyat etdirdim. Onun gözünü ələ salırlar. Heç kim bu kimi hallardan sığortalanmayıb.

Həmin veriliş 1 milyon baxış toplamışdı. Qızın ünvanına cürbəcür söyüşlər yazırdılar. Mən baxışa görə o verilişi davam edə bilərdim. Amma 3 gündən çox icazə vermədim. Şanay əməliyyat olundu və getdilər. İndi Mirağa ayrı-ayrı qızlarla sosial şəbəkədə şəkillər paylaşır. Özü bilər. O artıq bizi maraqlandırmır. Mənə tar, saz göstərin deyən tamaşaçı, qazilərdən danışmadığımıza irad tutan insanlara səslənirəm. Qazi qardaşlarımız 1 həftə qonağımız oldu. Reytinqlər düşdü. Ancaq Mirağa olan verilişdə reytinqimiz yüksək idi. Niyə? Deməli tamaşaçı bunu tələb edir”.