Aparıcı Vüsalə qardaşının məzarında FƏRYAD ETDİ: “Niyə atamla bəhsə girdin?” – FOTObackend

Aparıcı Vüsalə qardaşının məzarında FƏRYAD ETDİ: “Niyə atamla bəhsə girdin?” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Dağ boyda qardaşı ölən bacıyam… Doğum günün mübarək, qanımdan, canımdan gedən canım. 33 yaş cənnət yaşıdır deyirlər. Bu yaşında cənnətlə mükafatlanan igid qardaşım”.

bu sözləri tanınmış aparıcı Vüsalə Əlizadə qardaşının məzarını ziyarət edən zaman çəkdiyi fotoya şərh olaraq yazıb. Onun sosial şəbəkədəki hesabında paylaşdığı foto izləyicilərini çox kövrəldib

“5 ildə üzünü 5 ay görmədim, bilərəkdən uzaq oldun hə? Bizi bu gün üçün hazırlayırdın. Vətən sağ olsun deyirdin, bacın qurban. Neynirəm sənsiz o ulduzları, medalları? Sən ki, bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin? Kimin adı daha çox yaraşacaq qara daşa…Atamın iyini səndən alırdım, başımı sənin sinənə qoyanda dünya çıxsın qarşıma deyirdim. Sən ki, vəfasız deyildin, bu qara daşdan sənin qoxun gəlmir. Sənin kimi oxşamır saçımı. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelimi mənə etibar etdin. Uca dağım bir ömürlük ürək dağım oldun”.

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib.

"Dağ boyda qardaşı ölən bacıyam"- Vüsalə qardaşının MƏZARI ÜSTDƏ - FOTOLAR"Dağ boyda qardaşı ölən bacıyam"- Vüsalə qardaşının MƏZARI ÜSTDƏ - FOTOLAR

Metbuat.az