“Apollon”un damı ucdu: ölü və yaralılar varbackend

“Apollon”un damı ucdu: ölü və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Belvidir şəhərində (İllinoys ştatı) konsert zamanı “Apollon” teatrının damı uçub.

Editor.az-ın CBS-ə istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər ölüb, 28 nəfər yaralanıb. Konsert proqramına Morbid Angel, Revocation və Skeletal Remains metal-qrupları daxil olub. 1,5 min tamaşaçı üçün nəzərdə tutulmuş zalda 260-a yaxın adam konserti izləyib. Hadisə konsert başlayandan təxminən yarım saat sonra baş verib.

Səbəb kimi, 90 mil/saat (144 km/saat) qədər əsən güclü küləkl göstərilir. Şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Şon Skadl bildirib ki, 5 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 18 nəfər orta dərəcəli, daha 5 nəfər isə yüngül xəsarət alıb.

  //Samir Qurbanov,Editor.az