21 ildən sonra “Apple” “iPod Touch”un istehsalını dayandırmaq qərarına gəlib.
Editor.az-ın məlumatına görə, “CCS Insight” nümayəndəsi Ben Vud bildirib ki, “iPhone”un bir gün “iPod” cihazlarını əvəz etməsi qaçınılmaz idi.
Qeyd edək ki, cihaz sonuncu dəfə 2019-cu ildə yenilənib. Sözü gedən MP3 pleyerin istehsalına 2001-ci ildə başlanılmışdı və cihaza 1000 mahnı yükləmək mümkün olurdu. Lakin hazırda “Apple”ın musiqi xidməti “Apple Music” 90 milyondan çox mahnıya malikdir.
//Nəzərbəy, Editor.az

