“Apple” son 6 ildə 100-dən çox şirkəti satın alıbbackend

“Apple” son 6 ildə 100-dən çox şirkəti satın alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tim Kukun rəhbəri olduğu “Apple” şirkətinin son 6 ildə təxminən 100 şirkəti satın aldığını açıqlayıb.

Editor.az unikal.org-a istinadən bildirir ki, bunu Tim Kuk “Apple”ın illik səhmdarları toplantısında şirkətin maliyyə quruluşu barədə məlumatları paylaşarkən deyib.

Bildirib ki, bu, “Apple”ın son 6 ildə 3-4 həftədən bir hansısa şirkəti alması deməkdir. Məlumata görə, “Apple”ın son 10 ildə ən böyük satınalması 3 milyard dollar qarşılığında şirkətlə qulaqlıq istehsalçısı “Beats Electronics” arasında reallaşıb.

Keçən il 140,5 milyard dollarla 3-cü olan “Apple” Covid-19 pandemiyasından sonra marka dəyərini 87% artırmağı bacarıb.