Aprel ayında Aİ-də yeni avtomobil satışları kəskin azalıbbackend

Aprel ayında Aİ-də yeni avtomobil satışları kəskin azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) aprel ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, yaşanan problemlər Avropa ölkələrində yeni avtomobillərin istehsalına mənfi təsir göstərməyə davam edir.

Keçən ilin aprel ayında 862443 yeni avtomobil satılıb. Bu ilin eyni dövründə satışın həcmi 20.6 % azalaraq 684506 olub.

Aİ ölkələri arasında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə aprel ayında Almaniyada 21.5 %, Fransada 22.6 %, İtaliyada 33 %, İspaniyada isə 12.1 % azalıb.

İstehsalçıların məlumatına görə, aprel ayında Aİ-də ən çox avtomobil satışı “VW Group” tərəfindən həyata keçirilib. Onlar 167786 ədəd avtomobil satmağa nail olublar. Satışların həcminə görə isə ikinci yer “Stellantis Group”a məxsus olub. “Peugeot”, “Fiat”, “Citroen” və “Opel” kimi markaların daxil olduğu “Stellantis Group” cəmi 137455 avtomobil satıb. “Hyundai Group” isə 72095 yeni avtomobil sataraq üçüncü yerdə qərarlaşıb. Dördüncü yerdə qərarlaşan “Renault Group” isə 64778 avtomobil satmağa nail olub.

//Nəzərbəy, Editor.az