Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq – Nazir müavinibackend

Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq – Nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: “Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir”.

Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: “Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir”. (APA)

Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq -  Nazir müavini