Apreldə Aİ-də inflyasiya 8.1% -ə çatıbbackend

Apreldə Aİ-də inflyasiya 8.1% -ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Statistika İdarəsi aprel ayında Aİ və Avrozona üçün illik inflyasiya məlumatlarını açıqlayıb.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Avrozonada mart ayında 7.4 faiz olan illik inflyasiya aprel ayında da eyni səviyyədə qalıb. Aİ-də mart ayında  7.8 % olan illik inflyasiya apreldə 8.1 % olub. Ötən ilin aprelində sözügedən inflyasiya Avrozonada 1.6 faiz, Aİ-da isə 2 faiz təşkil edib.

Aprel ayında inflyasiya Almaniyada 7.8%, Fransada 5.4%, İspaniyada 8.3% İtaliyada 6.3 %, Hollandiyada 11.2% Belçikada 9.3%, Çexiyada 13.2% Litvada16.6 və Estoniyada 19.1 %  təşkil edib.

İnflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfindən xeyli yuxarıdır. Son zamanlar inflyasiyanın artması avropalıları da narahat edib.

Qeyd edək ki, Avropada başda əsas ərzaq və enerji məhsullarında ümumi qiymət artımı diqqət çəkir.

//Nəzərbəy, Editor.az