Apreldə Polşa “Kray” kod adlı strateji müharibə təlimləri keçirəcəkbackend

Apreldə Polşa “Kray” kod adlı strateji müharibə təlimləri keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayında Polşa hökuməti mümkün müharibə ssenarilərinə hazırlıq məqsədilə “Kray” kod adlı genişmiqyaslı strateji təlimlər keçirməyi planlaşdırır.

Editor.az xəbər verir ki, Məlumata görə, təlimlər Polşa Milli Müdafiə Nazirliyi tərəfindən təşkil olunacaq. Prosesə ölkə rəhbərliyi də birbaşa cəlb ediləcək – təlimlərə Karol Navrotski rəhbərlik edəcək, hökumət və hərbi komandanlıq isə onu dəstəkləyəcək.

Təlimlərin əsas məqsədi dövlət qurumlarının fövqəladə vəziyyətlərdə, xüsusilə də müharibə riskləri zamanı fəaliyyət mexanizmlərini yoxlamaq və koordinasiyanı gücləndirməkdir.
Mənbə qeyd edir ki, bu cür ssenari əsaslı təlimlər milli təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir və ölkənin müdafiə hazırlığının artırılmasına yönəlib.

//Samir Qurbanov, Editor.az