BMT Təhlükəsizlik Şurasının iclası Rusiya və Ukraynanın müraciətinə uyğun olaraq təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında aprelin 5-i, saat 10:00-a təyin edilib.
İclasda BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası araşdırmaların nəticələri əsasında Ukrayna Buçasındakı hadisələri qiymətləndirməyi planlaşdırır. Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir.
Xatırladaq ki, Təhlükəsizlik Şurasının iclası Rusiyanın tələbi üzrə aprelin 4-də keçirilməliydi. Lakin İngiltərənin vetosu səbəbindən bu, baş tutmayıb.
BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib ki, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası yaxın vaxtlarda Ukraynanın Buça və Qostomel qəsəbələrinə səfər etməyi və insidentlə bağlı öz araşdırmasını aparmağı planlaşdırır. Aprelin 2-də İrpin və Buçadan həm Ukrayna, həm də Qərb jurnalistləri tərəfindən çəkilmiş foto və videolar ictimaiyyətə açıqlanıb.
“Sənədli sübutlar” yol kənarında və həyətlərdə uzanmış insanların meyitlərini göstərib. AFP və Reuters-in jurnalistlərinə görə, cəsədlərdən bəziləri bir neçə gün, hətta həftələrlə yolda qalmış ola bilər. Aprelin 3-də Rusiya Müdafiə Nazirliyi Buçada mülki əhalinin qətlində rus hərbçilərinin iştirakı ilə bağlı məlumatları təkzib edib. Agentlik qeyd edib ki, rus qoşunları martın 30-da kəndi tərk edib və bundan sonra yerli hakimiyyət orqanları küçələrdə öldürülən insanlarla bağlı hər hansı məlumat dərc etməyib.

