“Aqata” qasırğasından ölənlərin sayı 10-a yüksəlibbackend

“Aqata” qasırğasından ölənlərin sayı 10-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada yay ayının gəlişi ilə okeanda suyun səviyyəsinin artması nəticəsində baş verən “Aqata” qasırğasının fəsadları artmaqda davam edir. Təbii fəlakət zamanı 10 nəfər ölüb, 20 nəfər isə hələ də itkindir.

Editor.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə regionun qubernatoru Alexandro Murat Hinoxosa açıqlama verib.

Saatda 105 kilometrə çatan külək səbəbiylə bir çox bölgədə elektrik kəsilməsi yaşanıb. Bəzi körpülər və magistral yollar sürüşmə səbəbindən nəqliyyata bağlanıb.

“Aqata”nın ölkənin cənub-şərq bölgələrində təsirini davam etdirə biləcəyi, daşqın və sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

//Nəzərbəy Hacıağayev, Editor.az