Araik Arutyunyan belə məhv edildi – Videobackend

Araik Arutyunyan belə məhv edildi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.

Editor.az xəbər verir ki, bu gün Arutyunyanın kortejinin vurulduğu və separatçı-terrorçi liderin də məhv edildiyi haqda məlumatı erməni mediası yalnız 18:00-da bir cümlə ilə təkzib edib.

Belə ki, “dqr”in separaçı başçısının sözçüsü Poqosyan mediaya açıqlamasında “Arutyunyan öz vəzifəsinin icrasını davam etdirir” deyə bircə cümləlik açıqlama verib. Vəssalam, aradan keçən 5 saata yaxın müddət ərzində isə bircə kəlmə də olsun bu barədə məlumat yoxdur.

Araik Arutyunyanın Feysbuk səhifəsi də iki gündür yenilənmir. Sonuncu paylaşımını 30 oktyabrda edən Arutyunyan nə dünən, nə də bu gün nəsə paylaşım edib. Halbuki bu xəbəri təkzib etmək üçün sosial şəbəkə hesabında canlı yayım da edə bilərdi.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi dünən saat 17:00 radələrində Xocavənd istiqamətində hərəkət edən hərbi avtomobil kortejinin məhv edilməsi görüntülərini paylaşıb. Türkiyə mediası isə məhv bu kortejdə vurulan avtomobilin içində Arutyunyanın olduğunu bildirib.

Qeyd edək ki, Şuşaya doğru getmək istəyən Arutyunyanın yarı yoldan geri qayıtdığı və yoxa çıxdığı da bildirilir. İddiaya görə, Şuşa istiqamətində nə görübsə, İrəvana qaçıb.

Hər bir halda Arutyunyandan iki gündür xəbər yoxdur.

Beləliklə, Arutyunyanın məhv edildiyi bildirilən və hələlik heç bir ciddi təkzibi olmayan görüntüləri təqdim edirik:

    //axar.az