Araik Arutyunyanla bağlı inanılmaz iddia: Xankəndi planı budurbackend

Araik Arutyunyanla bağlı inanılmaz iddia: Xankəndi planı budur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Araik Arutyunyanla razılaşsaydım, çoxdan “hakimiyyət” sıralarında özümə yer etmişdim”.

Bunu “qondarma rejimin təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan deyib.

Arutyunyanın adamı olmadığını iddia edən Babayan, əksinə separatçıların liderinin Bakıya xidmət etdiyini bildirib:

“Araik Arutyunyan Azərbaycanın bütün tələblərini icra edir. O, ordunu buraxıb, yerdə qalan hissəni isə silahsızlaşdırır. Zamanı gələndə isə deyəcək ki, “Azərbaycanın təzyiqinə müqavimətə güc yoxdur, ruslar da kömək etmir, bizim birgə yaşayıb, tabe olmaqdan başqa yolumuz qalmır”, – o bildirib.

Qeyd edək ki, Babayan bundan öncə Xankəndidə etiraz aksiyalarına başlayıb. O, özünə dövlət naziri postunun verilməsini, Arutyunyanın istefasını tələb edir.

Globalinfo.az