Baş separatçı Araik Artyunyan bu gün ermənilərə müraciət edib.
Araik yenə də ənənəvi ritorikasından yararlanıb.
O, müraciətində hədə-qorxu gəlib.
Bildirib ki, bir həftə ərzində beynəlxalq müdaxilə olmasa, “artsax” xalqının rəyi nəzərə alınmasa, sərt tədbirlərə əl atacaqlar.
Araik bununla təxribat, terror aktları törədəcəklərinə işarə edib.
Həm Azərbaycanı, həm də beynəlxalq qurumları hədələyib. Hədə-qorxudan sonra Araik oturaq aksiya elan etdiyini bildirib.
Onun bu hədəsi Azərbaycana tam əsas verir ki, anti-terror əməliyyatını yubatmadan başlasın.
Böyük ehtimalla, elə belə də olacaq.
Publika.az

