Araik erməni milyarderə “nazir” vəzifəsi təklif etdibackend

Araik erməni milyarderə “nazir” vəzifəsi təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu barədə qondarma rejimin başçısı Araik Arutyunyan məlumat verib.

Araik Arutyunyan qeyd edib ki, o, Ruben Vardanyana “dövlət naziri” vəzifəsini tutmağı təklif edib, ona qərar qəbul etmək və fəaliyyət göstərmək üçün geniş səlahiyyətlər verməyə hazırdır.

“Ruben haqqında uzun-uzadı yazmaq, onun cəsarətli qərarlarından, Vətənə, xalqa sədaqətindən danışmaq olar, amma bu gün hərəkətə keçməyin vaxtıdır, ona görə də təklifimlə bağlı onun qərarını gözləyirəm. Ümid edirəm ki, əməkdaşlığımıza yaxın həftələrdə başlayacağıq və bu barədə daha sonra ətraflı məlumat verəcəyəm.

Təbii ki, bu mənim dövlət naziri vəzifəsini icra edən Artak Beqlaryanın işini səmərəli qiymətləndirməməyim demək deyil. Lakin mövcud çağırışları nəzərə alaraq, bütün milli səyləri birləşdirməyi zəruri hesab edirəm”, – A.Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

Publika.az