Araikdən ŞOK SÖZLƏR: “Xaçaturyandan sonra sıra bizə gələcək…”backend

Araikdən ŞOK SÖZLƏR: “Xaçaturyandan sonra sıra bizə gələcək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan bir qrup erməni ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, vəziyyətlərini ümidsiz adlandıraraq bəzi ölkələrə məktublar ünvanladığını deyib.

Arutyunyan Qarabağdakı vəziyyətin necə olacağı ilə bağlı suala fərqli şəkildə cavab verib:

“Vaqif Xaçaturyanın həbsi bizi çox narahat edir, növbə aramızdan birinə gələ bilər. Rusiya Federasiyası və ABŞ rəhbərliyinə məktublar ünvanlamışam, onlardan cavab gözləyirəm.

Yaxın günlərdə proseslərdə irəliləyiş olacaq, Qarabağda vəziyyət dəyişəcək. Ancaq ondan sonra bütün sualları cavablandıra biləcəyik”.
Arutyunyanın “irəliləyiş” dedikdə iki məqamdan birini nəzərdə tutduğu deyilir. Onun bir neçə gün öncə yaxın zamanda mətbuata sensasion müsahibə verəcəyi ilə bağlı açıqlaması və Yevlaxda Qarabağdakı erməni milli azlığı ilə Bakı nümayəndələri arasında təşkil olunacaq dialoqa istinad edə biləcəyi müzakirə olunur.