“Araik Arutyunyanın müsahibəyə üzünü qırxmamış və çarəsiz obrazla çıxması bir mesaj idi”.
Bunu erməni analitik Arşak Abramyan deyib.
O bildirib ki, Araik bütövlükdə ümidsiz bir lider obrazı nümayiş etdirməyə çalışıb:
“Arutyunyan anlamır ki, iş adamı təfəkkürü ilə “ölkə” idarə edə bilməz. Müsahibə zamanı ona diqqət etdikdə nə qədər çarəsiz olduğunu görürük. Açıqlamalarından hiss olunur ki, bütün hesablamalarında yanılıb, planları boşa çıxıb. Əsas oyunçuların heç biri onunla hesablaşmır və “prezident” vəziyyətə nəzarəti itirib”.
Globalinfo.az