Aralarındakı təzminat davası bitmirbackend

Aralarındakı təzminat davası bitmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emina Jahovic iki aydır təzminat ala bilmədiyi keçmiş əri, Mustafa Sandalı məhkəməyə şikayət edib, ev və ofisinə əl qoydurub.

Editor.az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən Mustafa “Mühasibatla bağlı bir məsələdir. Uşaqlarımın anası ilə həll edə bilməyəcəyimiz bir durum ola bilməz. Başqa sözüm yoxdur, danışmaq mənə yaraşmaz” sözlərini söyləyib.

Emina müğənninin hər ay ödədiyi 25 min lirə təzminatı 2 aydır vermədiyini deyib. Buna görə o, məhkəməyə üz tutub. Jahovic açıqlamasında “Ədalət sistemi boşanan cütlüklərin uşaqlarının haqqını izləyir. Təzminata müdaxilə etmək mənim ixtiyarımda deyil. Uşaqlarına illərdir maddi dəstək göstərməyən Mustafa yazıq kimi göstərilir. Göstərilən vaxt doğru deyil. Mənə sıxıntısı olan birini bağışlamayan damğası vuruldu, qəbul etmirəm” sözlərini deyib.