Aralıq dənizi zonası yanğınlar içində: Türkiyə, İtaliya, Yunanıstan, İspaniya…backend

Aralıq dənizi zonası yanğınlar içində: Türkiyə, İtaliya, Yunanıstan, İspaniya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meşə yanğınları İspaniyadan Türkiyəyə qədər bütün Aralıq dənizi sahillərində təsirini göstərir. İqlim dəyişikliyinə diqqət çəkən mütəxəssislər indi yanğınlara yol açan daha tez-tez və şiddətli istilik dalğalarına rast gəldiklərini bildirirlər.
Şiddətli quraqlıq səbəbindən yanğın mövsümü uzandıqca yüksəkliklərdə olan meşələr da riskli vəziyyətdə olur.
Editor.az  hurriyet-ə istinadla yanğınların davam etdiyi ölkələrin mənzərəsini təqdim edir:
İtaliyada 800 yanğın
Türkiyədən sonra yanğınlardan ən çox zərər görən ölkə İtaliya olub. Siciliyanın ən cənub adasında təxminən bir həftədir davam edən yanğınlar hələ də nəzarət altına alınmayıb. Adanın Palermo şəhərində alov yaşayış məntəqələrinə çatdıqca bəzi kəndlər təxliyə edilib. Kataniyada 200 turist çimərliklərdəki təhlükəsiz yerlərə aparılıb. Baş nazir Mario Draghi əvvəlki gün bölgdə “milli fövqəladə vəziyyət’ elan edib. Aralıq dənizindəki başqa bir İtalyan adası olan Sarduniyada da yanğınlar təsirli olsa da, bölgədən ən az 350 adam təxliyə edilib. Roma hökuməti burada alovlarla mübarizə aparmaq üçün Avropa Birliyindən təyyarə tələb edib. Adada 20 min hektar ərazinin yandığı təxmin edilir.
Digər tərəfdən, İtaliyanın Adriatik sahilindəki Peskara şəhərində yanğınlar davam edir. Alov yaşayış məntəqələrini təhdid etdiyi üçün çimərliklərdə olan turistlər də daxil olmaqla 800 nəfər təxliyə edilib. Peskara Bələdiyyə başçısı Karlo Masci “Zərərləri məhdudlaşdırmaq üçün əlimizdən gələni edirik, amma əsas problem isti küləklərdir”,- deyib. Həftə sonu əsasən ölkənin cənubunda 800-dən çox yanğın qeydə alınıb. “Son 24 saat ərzində 250-dən çoxu Siciliyada, 130-u Pugliada olan 800-dən çox yerə müdaxilə etmişik”, – deyə yanğınsöndürmə briqadasından bildirilib. İtaliyada “Kanadair” istehsalı olan 30 təyyarədən ibarət yanğınsöndürmə donanması var.
 
Yunanıstanda 120 yanın
Ölkə daxilində, başda Mora yarımadası və Rodos olmaqla çoxlu meşə yanğınları baş verib. Şənbə gecəsi Mora yarımadasının Ahaia bölgəsində başlayan və dünən nəzarət altına alınan yanğına 5 təyyarə və 7 vertolyot cəlb edilib. Alovlar ən azı 3 min hektar şam və zeytun meşəsini məhv edib. Ehtiyat tədbiri olaraq 4 kənd və 110 uşaqlı bir istirahət düşərgəsi təxliyə edilib. Patras şəhərində 15 nəfər tüstü səbəbli tənəffüs şikayəti ilə xəstəxanaya müraciət edib. Alovlar nəticəsində 4 fərqli kənddə 30 evə ziyan dəyib. Rodos adasının qərbində bazar günü başlayan yanğın, dünən axşam saatlarına doğru nəzarət altına alınıb.
Səlahiyyətlilər buradakı alovlara 3 təyyarə və 6 helikopterlə müdaxilə edildiyini açıqlayıb. Yanğın səbəbiylə saatlarla adanın əksər hissəsinə elektrik verilə bilməsə də, ehtiyat olaraq 3 kənd və bir hərbi kazarma təxliyə edilib. Yalnız son 24 saatda 116 yeni yanğın olduğunu qeyd edən Afina hökuməti iyun ayında ölkə daxilində 1584 yanğın hadisəsinin qeydə alındığını və bu rəqəmin bir əvvəlki ilin eyni ayında 953 olduğunu bildirib. Bu arada, Yunanıstanın yanğın söndürmədə istifadə ediləcək 20 aktiv təyyarəsi olduğu bildirilir.
 
İspaniyada yanğın nəzarət altında
İspaniyada keçən həftə aktiv olan yanğınların böyük hissəsi nəzarət altına alınıb. Paytaxt Madridin təxminən 70 kilometr qərbində yerləşən San Juan şəhərində alovlar 50 hektar meşəni məhv edib. Yanğınsöndürmə idarəsi müəyyən ərazilərdə yanğınların davam etdiyinə və nəzarət altında olmasına baxmayaraq, yenilərinin başlama ehtimalının yüksək olduğuna işarə edərək əhalidən bölgədən uzaqlaşmağı istəyib. Aralıq dənizi iqliminin təsiri ilə tez-tez meşə yanğınları ilə mübarizə aparan İspaniya 17 təyyarədən ibarət “Canadair” donanmasına malikdir.
İstilər rekord qırdı, yanğınlar artdı
Avropanın cənubu həddindən artıq istinin təsiri altında yanğınlara təslim olub. Xüsusilə Yunanıstanda hava istiliyi rekord həddə çatdığı vaxtda İtaliya da meşə yanğınları ilə mübarizədə çətinlik çəkir.