İranın xarici işlər naziri Abbas Arakçi, Böyük Britaniyada nəşr olunan Financial Times qəzetində dərc olunan məqaləsində İsrailin İran ilə ABŞ arasında aparılan diplomatik prosesi sabotaj etdiyini bildirib.
Arakçi qeyd edib ki, əgər tərəflər bu məsələni sülh yolu ilə həll etmək istəyirlərsə, ABŞ ədalətli bir razılaşma üçün səmimi iradə ortaya qoymalıdır.
Diplomatın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə cəmi doqquz həftə ərzində keçirilmiş beş danışıqlar raundu, Bayden administrasiyası dövründəki dörd il ərzində əldə olunandan daha uğurlu nəticələr verib.
//Samir Qurbanov, Editor.az

