Ararat Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışdıbackend

Ararat Mirzoyan Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.

Editor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Diplomat əlavə edib ki, artıq Bakı ilə bərqərar olmuş sülhün daha da institusionallaşdırılması İrəvan üçün də vacibdir. Nazir aydınlıq gətirib ki, Ermənistan hər iki istiqamətdə irəliləmək üçün səmimi şəkildə çalışır: “Eyni zamanda, bu iki prosesin heç biri digəri ilə şərtlənmir və əgər onlar arasında səbəb-nəticə əlaqəsi görməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam şəkildə tənzimlənməsinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mənfi deyil, müsbət təsir göstərə biləcəyi ortaya çıxa bilər.”, – Mirzoyan deyib
Ermənistan xarici işlər naziri həmçinin 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində əsas prinsipləri razılaşdırılmış nəqliyyat infrastrukturunun açılması məsələsinə də münasibət bildirib.

Diplomat vurğulayıb ki, Tramp marşrutu və ya Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla, Ermənistanı isə digər ölkələrlə birləşdirəcək. Bundan əlavə, daha uzaq bölgələr də Azərbaycan və Ermənistan vasitəsilə birləşdiriləcək: “Ermənistan bunun sürətli həyata keçirilməsini təmin etmək üçün fəal və həvəslə çalışır.”, – Ararat Mirzoyan vurğulayıb.

//Samir Qurbanov, Editor.az