Ararat Mirzoyan etiraf etdi: Rusiya ilə münasibətlərdə problemlər varbackend

Ararat Mirzoyan etiraf etdi: Rusiya ilə münasibətlərdə problemlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Rusiya arasında münasibətlərdə problemlərin olduğunu etiraf edib. Onun sözlərinə görə, İrəvan onları həll etmək üçün Moskva ilə əlaqə saxlayır.

Nazir aydınlaşdırıb ki, belə problemlər, onun fikrincə, beynəlxalq münasibətlərdə qeyri-adi deyil: “Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var və bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Onların arasında tam və qarşılıqlı anlaşma tələb edən məsələlər də mövcuddur. Lakin hesab edirəm ki, belə problemlər bütün aspektlərdə mövcuddur”, – deyə Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

Erməni nazir əlavə edib ki, onun ölkəsi hazırda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı fəal şəkildə gücləndirir. Digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində sabitliyin təmin edilməsi məsələləri də müzakirə olunur.

//Samir Qurbanov, Editor.az