Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyindən məyus olduğunu bildirərək, suverenliyin qorunmasında dəstəyin olmamasına diqqət çəkib.
Finlandiyanın “Lannen Media” agentliyinə müsahibə verən Mirzoyanın sözlərinə görə, son illər Ermənistan “hücumlara məruz qalıb” və bunun nəticəsində onun beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub. Erməni nazir bu şəraitdə İrəvan hərbi ittifaqların əsas prinsipinə uyğun olaraq KTMT-dən yardım gözləyirdi. “Belə laqeyd münasibət böyük məyusluğa səbəb olub… Bu, özünəməxsus vəziyyət yaradıb”, – deyə Mirzoyan bildirib. O əlavə edib ki, Ermənistan hazırda Avropadakı tərəfdaşları ilə iqtisadi və siyasi əlaqələri dərinləşdirir.
Xatırladaq ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan Ermənistanla təşkilat arasında münasibətlərin geri dönüşü olmayan nöqtədən danışıb.
//Samir Qurbanov, Editor.az

