ARAŞDIRMA: Almaniya Ukrayna müharibəsinin ilk 2 ayında Rusiyanın enerji resurslarının ən böyük alıcısı olubbackend

ARAŞDIRMA: Almaniya Ukrayna müharibəsinin ilk 2 ayında Rusiyanın enerji resurslarının ən böyük alıcısı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil araşdırma qrupu Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi Ukraynaya qarşı hərbi əməliyyatların ilk iki ayında Rusiyanın enerji resurslarının ən böyük alıcısının Almaniya olduğunu açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, mərkəz tərəfindən dərc edilən araşdırmada Rusiyanın Ukrayna əməliyyatını başlatdığı 24 fevraldan bəri qalıq yanacaq ixracından 63 milyard avro qazandığı bildirilib.

Tədqiqatçılar gəmilərin hərəkəti, boru kəmərləri vasitəsilə qaz axınının real vaxt rejimində izlənilməsi və aylıq ticarətə əsaslanan proqnozlara dair məlumatlardan istifadə edərək böhran zamanı təkcə Almaniyanın Rusiyaya qalıq yanacaq tədarükü (əsasən təbii qaz) üçün təxminən 9,1 milyard avro ödədiyini hesablayıblar.

Alman İqtisadi Tədqiqatlar İnstitutunun baş enerji eksperti, tədqiqatda iştirak etməyən Klaudiya Kemfert, qalıq yanacaq qiymətlərinin son zamanlar kəskin artımını nəzərə alaraq rəqəmlərin ağlabatan olduğunu söyləyib. Ötən il Almaniya neft, kömür və qaz idxalına görə ümumilikdə 100 milyard avro ödəyib ki, bunun da dörddə biri Rusiyayanın payına düşür.

Qeyd edək ki, Enerji və Təmiz Hava Araşdırma Mərkəzi tərəfindən yayımlanan məqalədə fevralın 24-dən etibarən Rusiyanın qalıq yanacaqlarının ikinci ən böyük idxalçısı 6,9 milyard avro ilə İtaliya olduğunu bildirilir.

//Gülnarə Abasova, Editor.az