Yaponiyada aparılan bir araşdırma, cinsi marağın olmamasının 40 yaşdan yuxarı kişilər üçün “ölüm riski faktoru” ola biləcəyini ortaya qoyub.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Yamaqata Universiteti tərəfindən aparılan tədqiqatda 6 il müddətində hər il sağlamlıq müayinəsindən keçən 40 yaş və yuxarı 20 min 969 nəfər, 8 min 558 kişi və 12 min 411 qadının məlumatları araşdırılıb. Tədqiqatçılar subyektlərin cinsi istək səviyyələri ilə bağlı ilkin məlumatlarını illər sonrakılarla müqayisə ediblər. Bu müddət ərzində subyektlərdən 503-ü dünyasını dəyişib. Alimlər müəyyən ediblər ki, cinsi istək azlığını olan kişilərdə xərçəng və digər ölüm səbəblərindən ölüm riski daha yüksəkdir. Yaş, yüksək təzyiq, şəkərli diabet, siqaret və spirtli içkilərdən istifadə, bədən kütləsi indeksi, təhsil, ailə vəziyyəti, gülmə tezliyi, psixoloji pozğunluqlar kimi faktorlar araşdırılanda da qeyd olunan əlaqənin mövcud olduğu bildirilib.
Araşdırmada cinsi istəksizlik yaşadıqlarını ifadə edən qadınların nisbətinin kişilərdən daha yüksək olduğu da təsbit edilib. Buna görə qadın iştirakçılardan yüzdə 16-sı cinsi istəksizlik yaşadıqlarını bildirib və kişilərdə bu nisbət yüzdə 8-dir. Qadınlarda isə cinsi istəksizlik və ölüm riski arasında heç bir ciddi əlaqə aşkar edilməyib. Müşahidə xarakterli bir araşdırma olduğundan hansı amilin səbəb, hansının nəticə olduğu bilinmir. Bildirilib ki, cinsi istəyin bəzi müsbət psixoloji amillərlə də əlaqəli ola biləcəyini nəzərə alınsa cinsi marağın olmaması bir sıra iltihablı, neyroendokrin və immun reaksiyalara təsir edə bilər. Digər tərəfdən, mütəxəssislərin fikrincə, cinsi istəyin qorunub saxlanılması ömür uzunluğuna müsbət təsir göstərə bilər. Tədqiqatın məhdud çərçivəsinə baxmayaraq, alimlər qeyd ediblər ki, Yaponiyada yaşlı əhali arasında cinsi istək barədə məlumatlılıq artırılmalıdır, çünki bu, ictimai sağlamlıq üçün mühüm amildir.
//Gülnarə Abasova, Editor.az

