ARAŞDIRMA: Menopoz nədir?- Yaranma SƏBƏBLƏRİ VƏ SİMPTOMLARIbackend

ARAŞDIRMA: Menopoz nədir?- Yaranma SƏBƏBLƏRİ VƏ SİMPTOMLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir qadın menopozdan keçir və onun simptomları adətən 40 yaşın ortalarında başlayır. Bəs menopoz zamanı bədəndə nə baş verir?

Menopoz yumurtalıq fəaliyyətinin dayandırılması ilə qadının menstrual dövrünün daimi dayandırılmasına aiddir. Bu, orta hesabla 51 yaşında baş verir. Menopozdan əvvəl menstruasiyanın nizamsızlaşdığı dövr perimenopoz adlanır. Bu, təxminən 46 yaşında başlayır. Bu zaman bəzi qadınlar əvvəllər heç vaxt yaşamadıqları emosional və fiziki problemlərlə üzləşirlər. Əgər 12 aydır menstruasiya görmürsünüzsə, son menopoz keçirdiyinizi düşünə bilərsiniz . Bəzi qadınlarda bu proses ya təbii səbəblərə görə, ya xəstəlik və ya da müxtəlif müalicələrə görə daha erkən yaşana bilər.

Qadınlar yaşlandıqca estrogen səviyyələri dəyişir və sonra tədricən azalır. Bu, menopoz əlamətlərinə səbəb olur. Təbii ki, bu proses bir gündə baş vermir. Estrogen səviyyəsinin azalması bir neçə il çəkə bilər və hormon azaldıqda aşağı qalır, bu da bədəndə müxtəlif dəyişikliklərə səbəb olur. Yumurtalıqlar yumurta istehsalını tamamilə dayandırdıqda, hamiləlik artıq mümkün olmur və bu zaman menopoz baş verir.

Menopoz və menopozdan əvvəlki dövr hər bir qadına fərqli təsir göstərir. Estrogen səviyyələrində bir azalma beyinə, dövrlərə, dəriyə, əzələlərə və əhval-ruhiyyəyə təsir göstərə bilər. Bu prosesdə bir çox fərqli əlamət yaşana bilər və hansı əlamətin nə zaman görüləcəyi insandan insana dəyişir.

Ən çox görülən simptomlar: Ağır və ya nizamsız qanaxma ; gecə tərləri; pis əhval-ruhiyyə; vaginal quruluq; sidik yollarının problemləri; oynaq ağrıları; quru dəri; beyin dumanı adlanan yaddaş problemləri; diqqəti cəmləmək çətinliyi;

Qadınların təxminən 75 faizi bir və ya daha çox simptomla qarşılaşır. Menopozal qadınların dörddə biri şiddətli simptomlar yaşadıqlarını söyləyirlər. Bu simptomlar 7 ilə qədər davam edə bilər. Qadınların üçdə biri şikayətlərinin daha uzun sürdüyünü bildirir. Doğuşa nəzarət həbləri istifadə edirsinizsə, menopozdan keçdiyinizi başa düşmək çətin ola bilər, çünki bu, menstrual dövrlərinizə müxtəlif yollarla təsir göstərə bilər.

//Gülnarə Abasova, Editor.az