Araşdırmaçı-alim Xalidə Bayramovadan danışdı: “Sanki bir ana öz əziz övladlarına qayğı göstərirdi…”backend

Araşdırmaçı-alim Xalidə Bayramovadan danışdı: “Sanki bir ana öz əziz övladlarına qayğı göstərirdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xalidə Bayramovanı tanıdığım gündən mənəvi dəyərlərə malik azərbaycanlı xanım, yüksək peşəkarlığa sahib vətəninə, xalqına sədaqətli dövlət adamı, ehtiyacı olanlara böyük bacı, ana kimi müşahidə etdim”.

Editor.az xəbər verir ki, bu sözləri Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, araşdırmaçı – alim Səftər Rəhimli Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın adının 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələdə hallandırılmasından danışıb. O bildirib ki, günlərdir onun əleyhinə məqsədli tirajlanmış yazılar dərc edilməkdədir: “Bu müddət ərzində Xalidə xanımın susqunluğunu onun günahkar olması ilə əlaqələndirənlər də az olmadı.

Keçən ilin yazında Xalidə xanımın xahişi ilə Azərbaycanın dəyərli iş adamı, “Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun” prezidenti Fizuli Məmmədov iki şəhid ailəsinə zəruri ev əşyaları ilə birlikdə 3 otaqlı ev aldı.

Xalidə xanımın şəhidlərimizin ailələrinə göstərdiyi sayğı, övladlarının təhsili, gələcəyi ilə ciddi maraqlanması mükəmməl idi. Sanki bir ana öz əziz övladlarına qayğı göstərir və hər şeyin yaxşısını onlar üçün etməyə çalışırdı…”

//Editor.az