Araxamiya: “Kadırovçular Zaporojye AES-in bir neçə əməkdaşını güllələyib”backend

Araxamiya: “Kadırovçular Zaporojye AES-in bir neçə əməkdaşını güllələyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna parlamentinin “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Kadırovçular Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutub və stansiyanın bir neçə əməkdaşını öldürüblər.

Bu barədə o, brifinq zamanı məlumat verib.

Araxamia eyni hadisənin Cənubi Ukrayna AES-də də baş verə biləcəyini vurğulayıb.

Xatırladaq ki, martın 4-nə keçən gecə Rusiya qoşunları Zaporojye AES-in birinci enerji blokunu tanklardan atəşə tutub. Nəticədə ərazidə yanğın başlayıb. Səhər saat 7-də yanğın söndürülüb.

Xilasedicilərin sözlərinə görə, xoşbəxtlikdən, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

//Oxu.az