Arayik Artunyanın tələbi: “Rusiya vasitəçi olsun”-AÇIQLAMAbackend

Arayik Artunyanın tələbi: “Rusiya vasitəçi olsun”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qondarma rejimin başçısının hansısa “deputatlar”la iclas keçirərək rəsmi Bakı barədə səsləndirdiyi fikirlər heç bir əhəmiyyət daşımır”.

Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli iyulun 6-da separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın qondarma “deputat”ları ilə iclası zamanı Bakı ilə dialoqa yalnız bir şərtlə, Rusiyanın Azərbaycanla separatçı-terrorçu rejim arasında vasitəçi rolunu öz üzərinə götürəcəyi təqdirdə razılıq verəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin qurumun tərkibdə olan 5-6 nəfərlə hansısa məqsədə nail olmaq mümkün olmayacaq: ” Bunu Rusiya, ABŞ və digər ölkələr də yaxşı dərk ediblər. Ermənilər üçün yeganə çıxış yolu Azərbaycanla reinteqrasiyadır. ABŞ-ın mövcud hakimiyyəti də bunu təklif edir. Arayik Artunyan da buna görə Amerikanın vasitəçiliyini rədd edir və Rusiyanın moderatorluğu altında şans əldə etməyə çalışır”.

Siyasi şərhçinin fikrincə, Rusiya da rəsmi Bakının mövqeyi ilə razılaşmaq məcburiyyətindədir: “Azərbaycanın irəli sürdüyü tələb odur ki, Qarabağın erməni icması Azərbaycanla inteqrasiya etməli, yaxud da ərazilərimizdən çıxarılmalıdır. Separatçıların bu kimi təxribatçı addımlarının uğurlu nəticəsi olmayacaq. Üçüncü variant kimi isə Azərbaycan ərazilərində təhlükə yaradan terrorçuları və onların dəstəkçilərini kiçik həcmli hərbi əməliyyatla məhv edə bilər “.

//Safura Bənnayeva, Editor.az