“Araz Naxçıvan” niyə Bakıya köçür?backend

“Araz Naxçıvan” niyə Bakıya köçür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz Naxçıvan” bir müddət rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək.

Komanda ən azı ilk dövrəni Bakıda keçirəcək.

Buna səbəb Naxçıvan şəhər stadionundakı problemlərdir. Arenanın ot örtüyü yenilənməli, işıqlandırma sistemi quraşdırılmalıdır. Bunlar vaxt aparacağından mövsümün startına qədər işlərin yekunlaşması gözlənilmir.

Muxtar Respublika təmsilçisi bir neçə tur ev oyunlarını Bakıdakı “Dalğa Arena”da keçirəcək.

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü avqustun 4-də başlayacaq.

Oxu.az