Fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Editor.az Trend-ə istinadən bildirir ki, zəlzələdən zərər çəkən 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub
Fevralın 20-si gecə saatlarında isə Türkiyənin Hatay əyalətində yenidən 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 562 nəfərə çatıb.
Ard-arda güclü zələzlələr baş verən Hataydan görüntüləri təqdim edirik: