AVRO-2024-ün ən yaxşı qolu gənc ulduz futbolçu Lamine Yamalın yarımfinalda Fransaya uzaq məsafədən vurduğu qolla seçildi.
Eyni zamanda Türkiyə Milli Komandasının Gürcüstanla oynadığı matç siyahıda öz izini qoyub.
Ay-ulduzlu komanda AVRO-2024-də ilk matçında Gürcüstanı 3:1 hesabı ilə məğlub edərək, Mert Müldür və Arda Gülər vurduqları möhtəşəm qollarla qalibiyyətdə təsirli oldular.
Arda Gülərin qolu reytinqdə 5-ci, Mert Müldürün qolu isə Arda Gülərin qolundan sonra 6-cı yerdə qərarlaşıb.
//Samir Qurbanov, Editor.az

