Arestoviç: “Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq”backend

Arestoviç: “Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları “Donbasın azad edilməsinə” cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.

Editor.az APA-ya istinadən bildirir ki, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyir.

“Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar”, – deyə Aretoviç bildirib.

Eyni zamanda o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.