Arestoviç Kremlin nüvə hədələrinə cavab verdi: Bizi heç kim dayandıra bilməyəcək!backend

Arestoviç Kremlin nüvə hədələrinə cavab verdi: Bizi heç kim dayandıra bilməyəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya rəsmilərinin Ukrayna ərazisinə nüvə zərbələri endirmək hədələrinə cavab verib.

Bu barədə Editor.az Ukrayna mənbələrinə xəbər verir.

“Zəmanət verirəm ki, biz daha da qəddar olacağıq. Heç kimə əyilməyəcək, əksinə, qəddar olacağıq, torpağımızın hər santimetrini “bütün ruslar belə deyil” stilində təmizləyəcəyik. ”Kreml var və bir də ruslar var” – bu ritorika artıq kömək etməyəcək. Bizi dayandıra bilməzsiniz””, – Aretoviç deyib.

“O zaman müharibənin Rusiya ərazisinə keçməsinə zəmanət veririk və bizi heç kim və heç nə dayandıra bilməyəcək, hətta mərkəzi komandanlıq da dayandıra bilməyəcək. Bu ani bir gərginlik olacaq və bu, onlara lazımdır?” – Aretoviç qeyd edib.

Xatırladaq ki, Aretoviç batmış Moskva kreyserinin hansı hərbi tapşırıqları yerinə yetirdiyini də izah edib.

Editor.az