Argentina paytaxtında ölənlərin sayı artdı: şəhərdə fövqəladə vəziyyət elan olundubackend

Argentina paytaxtında ölənlərin sayı artdı: şəhərdə fövqəladə vəziyyət elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rio-de-Janeyroda güclü daşqınlar və torpaq sürüşmələri 11 nəfərin həyatına son qoyub.

Editor.az bildirir ki, bu barədə “The Watchers” xəbər verir.

Məlumata görə, güclü yağış şəhəri vurub, yolları gur çaylara çevirib. Şəhərin şimal hissələri xüsusilə təsirlənib. Torpaq sürüşməsi, suda boğulma və elektrik cərəyanı vurması halları qeydə alınıb. Rio-de-Janeyronun ən çox zərər çəkmiş bölgələrindən biri olan Acaridə daşqınlar xəstəxananın zirzəmisini basıb və yerli müəssisələrə ciddi təsir göstərib.

Suyun səviyyəsi şəhərin əsas magistrallarından birində avtomobillərin damına çatıb. Daşqın səbəbindən onlarla avtobus xətti fəaliyyətini dayandırıb, bir neçə metro stansiyası bağlanıb.

Nəşrin məlumatına görə, Rio-de-Janeyronun bəzi ərazilərinə cəmi 24 saat ərzində bir aylıq yağıntı düşüb. Vəziyyətin ağırlığı səlahiyyətliləri fövqəladə vəziyyət elan etməyə vadar edib. Sakinlərdən evdə qalmağa və çox zərurət olmadıqca çölə çıxmamağa çağırılır.

//Samir Qurbanov, Editor.az