Argentina prezidenti Latın Amerikası ölkələrinin iştirakı ilə Ukraynaya “dəstək sammiti” keçirmək istəyirbackend

Argentina prezidenti Latın Amerikası ölkələrinin iştirakı ilə Ukraynaya “dəstək sammiti” keçirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina prezidenti Xavyer Miley 2024-cü ildə Latın Amerikasından Ukraynaya “dəstək sammiti” keçirmək niyyətində olduğunu bildirib.

Editor.az bildirir ki, Mileyin sözlərini “Financial Times” xəbər verir. Lakin onun harda belə bir açıqlama verdiyi göstərilmir. Qəzet qeyd edir ki, Argentina prezidentinin siyasəti bir sıra digər Latın Amerikası ölkələrinin, məsələn, Braziliya və Meksikanın daha neytral mövqeyindən fərqlənir.

Miley, FT-nin yazdığı kimi, azadlığı qoruyan ölkələrlə ittifaqlara üstünlük verir. O, ABŞ, İsrail və Ukraynanı belə sıralayır. O, bu yaxınlarda Rusiya istehsalı olan iki hərbi helikopteri Kiyevə göndərmək qərarına gəlib.

Xatırladaq ki, Xavyer Miley 2023-cü ilin dekabrında Argentina prezidenti vəzifəsinə başlayıb. O, hakimiyyətə gəldikdən sonra köklü iqtisadi islahatlar elan edib.

//Samir Qurbanov, Editor.az