Argentina “Super Etendard” hücum təyyarələrini Ukraynaya verməyəcəkbackend

Argentina “Super Etendard” hücum təyyarələrini Ukraynaya verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina hökuməti Fransa istehsalı olan “Super Etendard” hücum təyyarələrini Ukraynaya verməyəcək.

Editor.az bildirir ki, Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov deyib: “Hazırda aldığımız ilk reaksiyaya əsasən deyə bilərik ki, bu təyyarələr nəhayət ki, verilməyəcək. Argentina administrasiyasından müəyyən təminatlar var”, – deyə Rusiya səfiri təfərrüatları açıqlamayıb.

Argentina hakimiyyətinə bu cür addımların Rusiyaya qarşı qeyri-dostluq olacağı “aydın və qətiyyətlə” elan edilib. Xatırladaq ki, iyunun 12-də “Infobae” portalı Argentina hökumətinin Parislə Ukraynaya işləməyən beş “Super Etendard” hücum təyyarəsinin təhvil verilməsi imkanını müzakirə etdiyini bildirib. Argentina bu təyyarələri 2018-ci ildə alıb, lakin heç vaxt istifadə edə bilməyib. İyunun 13-də Argentina Ukrayna üzrə təmas qrupuna qoşulub.

//Samir Qurbanov, Editor.az