Argentinada meşə yanğınları nəticəsində 3 min hektar ərazi məhv olubbackend

Argentinada meşə yanğınları nəticəsində 3 min hektar ərazi məhv olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Argentinanın paytaxtı Buenos Ayresin qərbində baş verən dəhşətli meşə yanğınlarında 3 min hektar sahə külə çevrilib.

Editor.az Argentina mətbuatında yer alan məlumatlara istinadən bildirir ki, Korrientes vilayətinin şimalında başlayan meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir. Argentinanın Mülki Müdafiə və Fövqəladə Əməliyyatlar Komandanlığının (COE) direktor müavini Bruno Lovinson yanğını hələ ki nəzarət altına almağın mümkün olmadığını bildirib. 150-dən çox yanğınsöndürən, hərbi hissə və Milli Yanğın İdarəetmə Xidmətindən (SNMF) iki təyyarə və bir hərbi helikopter səylərə dəstək verir.

Milli Meteorologiya Xidməti (SMN) güclü isti dalğasının öz təsirini göstərməyə davam edəcəyini qeyd edərək yeni meşə yanğınlarına qarşı xəbərdarlıq edib.

//Gülnarə Abasova, Editor.az