Argentinalılar üçün Messi əsl kumirə çevrilir. PSJ klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında qalib gəldikdən sonra vətənində asanlıqla siyasi karyeraya başlaya bilər.
Editor.az xəbər verir ki, futbolçu rahatlıqla prezidentliyə namizəd ola və qalib gələ bilər. Çünki onu çoxlu sayda argentinalı dəstəkləyir. Bunu Giacobbe y Asociados-un sosioloji sorğusunun məlumatları sübut edir.
Sorğunun nəticələrinə görə, respondentlərin 43,7%-i seçki olacağı təqdirdə DÇ-2022-nin ən yaxşı oyunçusuna səs verəcəyini deyib. Yalnız 37,8%-i isə onun əleyhinə çıxıb. Digər 17,5% “bəlkə” variantını seçib. Respondentlərin 1%-i isə suala cavab verməkdən imtina edib və ya “bilmirəm” deyib.
Sorğuda 2500-dən çox argentinalı iştirak edib. Çoxları Messinin onlar üçün sevinc və heyranlıq səbəbi olduğunu deyib.
//Samir Qurbanov, Editor.az

