Argentinada Messi izdihamı: Yüzlərlə insan onu görmək üçün toplaşdı – VİDEObackend

Argentinada Messi izdihamı: Yüzlərlə insan onu görmək üçün toplaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lionel Messi Dünya Kuboku şənliklərindən sonra ilk dəfə ölkəsi Argentinaya səfər edib.

Ulduz futbolçunun paytaxt Buenos-Ayresdəki restoranlardan birində yemək yediyini eşidən azarkeşlər məkana axışıblar.

Restoranın qarşısına toplaşan yüzlərlə insan “Messi” şüarları səsləndirərək futbolçunun çıxmasını gözləyib. Yeməkdən sonra Messi insan selinin arasından çətinliklə çıxaraq maşınına çatıb.

36 il sonra dünya çempionu olan Argentina millisi tarixi zəfərdən sonra ilk oyununu martın 23-də Buenos-Ayresdəki “Monumental” stadionunda Panamaya qarşı keçirəcək.