Argentinada YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “Los Alerces” Milli Parkı və ətraf ərazilərdə yanğın baş verib.
Editor.az yerli “Telam” agentliyinə istinadən bildirir ki, yanğın 1 min hektardan çox sahəni əhatə edib. Söndürmə işlərində 250-dən çox yanğınsöndürən iştirak edir və yaxın bir neçə saat ərzində onlara daha 123 nəfər qoşulacaq.Həmçinin yanğının söndürülməsi üçün iki təyyarə və iki helikopter cəlb. Söndürmə güclü külək və isti hava ilə çətinləşir.
Qeyd edək ki, “Los Alerces” Milli Parkı Argentinanın cənubunda yerləşir və 1937-ci ildə yaradılıb. 2017-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Parkda ölkənin ən böyük Fitzroy ağacları (yalnız Çili və Argentinada bitən iynəyarpaqlı ağac, dünyanın ən uzunömürlü ağaclarından biri) meşəsi yerləşir.
//Samir Qurbanov, Editor.az