Argentinanın federal prokuroru Ramiro Qonzales keçmiş prezident Alberto Fernandesə qarşı məişət zorakılığı ittihamı irəli sürüb.
İş eks-prezidenti sistematik zorakılıqda və psixoloji təzyiqdə ittiham edən Argentinanın keçmiş birinci xanımı Fabiola Yanezə aiddir. Fernandes günahını boynuna almır və qadının ifadəsini yalan adlandırır. Ramiro Qonzales keçmiş Argentina rəsmilərinin, eks-prezidentin keçmiş həkiminin dindirilməsini, həmçinin Fabiola Yanezin yaşadığı villadan CCTV görüntülərini istəyib.
Prokuror Fernandezin səhhəti, müayinələri və xəstəlik tarixçəsi ilə bağlı qeydləri görməyi tələb edib. La Nacion prokurordan sitat gətirir: “Fabiola Yanez Alberto Fernandeslə görüşməyə başladığı andan bu günə qədər qadın gender əsaslı və məişət zorakılığı kontekstində təqib və fiziki hücumlarla xarakterizə olunan münasibətdən əziyyət çəkib”. Məktubda prokuror 2016-cı ildə başlayan fiziki və psixoloji zorakılığın doqquz epizodunu təsvir edib. Onun sözlərinə görə, Alberto Fernandes yoldaşını abort etdirməyə məcbur edib, hamilə qala biləcəyi halda onun qarnına təpik vurub, dəfələrlə üzünə zərbələr endirib, hədələyib.
Xatırladaq ki, Alberto Fernandes 2019-2023-cü illərdə Argentinanın prezidenti olub.
//Samir Qurbanov, Editor.az