Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley Volodimir Zelenskini ölkəsinə dəvət etdibackend

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley Volodimir Zelenskini ölkəsinə dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Argentinanın yeni seçilmiş rəhbəri Xavyer Mileyin andiçmə mərasimi üçün bu ölkəyə gedəcək.

Editor.az bildirir ki, bu barədə TN məlumat yayıb. Məlumatı Ukrayna səfirliyi də təsdiqləyib. Zelenskinin Argentinanın paytaxtı Buenos Ayresə bazar günü səhər tezdən gələcəyi bildirilir. Ukrayna prezidentinin dəvət siyahısında olmasına baxmayaraq, o, ölkəyə səfər etməyi planlaşdırmırdı.

“Zelenskinin səfəri regiona qarşı güclü siyasi jestdir: bu, ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Zelenskinin Latın Amerikasına ilk dəfə səfəri olacaq”, – materialda deyilir.

Nəşr qeyd edir ki, Zelenskiyə dəvət həm də Mileyin Ukraynaya açıq jestidir, çünki bu, hazırkı prezident Alberto Fernandes administrasiyasının qəbul etdiyi aralıq mövqedə dəyişiklik deməkdir.

//Samir Qurbanov, Editor.az