Arı sancması nəticəsində ilk olaraq öldü,sonra yaşayır deyilən mərhumun evində olduq – Əslində nə baş verib? -FOTObackend

Arı sancması nəticəsində ilk olaraq öldü,sonra yaşayır deyilən mərhumun evində olduq – Əslində nə baş verib? -FOTO  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə arı sancması nəticəsində həyatını itirən Şəmkir rayon sakini İlqar Qəhrəmanovun son anda yaşaması ilə bağlı xəbərlər yayıldı. Editor.az-ın yerli bürosu yayılan xəbərlərin nə dərəcədə düzgün olmasını araşdırmaq üçün biz də mərhumun evinə yollanıb. Məqsədimiz əslində nə baş verdiyini tam öyrənmək idi. Hadisənin lap əvvəlinə qayıtdıq. Belə ki, İlqar ailəsi ilə birlikdə nişanlı olduğu Ağstafa rayonun Aşağı Göycəli kəndinə qurbanlıq aparıb. Bu zaman onu arı vurub. Bütün baş verənlər isə mərhumun dayısı Ələmdar İbrahimovun gözləri önündə yaşanıb.

“Mərhum dediki,qolumu elə bil arı sancdı.Aya durdu qatıx filan çəkdilər. Ayağa duranda başı hərlndi. Dimidrol var idi maşında tez onu gətirib vurduq. Biraz keçməmiş başı hərləndi yıxıldı.Burda bizə demədilər.Ora aparanda həkim dediki belədir. Ola bilər ki, keçinib. Xəstəxanaya girəndə yoxladılar. ”

Mərhumun cənazəsi gecə saatlarında Ağstafa rayonundan Şəmkirə – yaşadığı evinə gətirilib. Dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb. Sabah İlqar Qəhrəmanovu dəfn etmək istəyərkən mərasimə qatılan qadınlardan biri cənazənin içərisinə qoyulan güzgünün par və ya su olduğunu bildirib və İlqar Qəhrəmanovun yaşadığını deyib. Nəticə etibarı ilə mərhumun yaxınları onun nəşini Gəncə şəhərində fəaliyyət göstərən özəl xəstəxanalardan birinə gətiriblər. Lakin…

“Biri deyib ki, güzgünün üzü su olub,par olub. Guya güzgünün üzü. Nə bilirsən su olub ya par olub. Dedilər Mərkəzi Klinikaya çatdırmaq lazımdır. Anası tam əmin olmaq üçün getdik Mərkəzi Klinikaya dedilər ki, bu 15 saat öncə rəhmətə gedib. ”

Məlumat üçün bildirək ki, İlqar Qəhrəmanov evin tək övladı idi. Onun yaxın müddətdə toyu olacaqdır. Faktla bağlı araşdırmalar davam etdirilir.