Arnold Şvartsenegger Münhen hava limanında saxlanıldı: səbəb çox maraqlıdırbackend

Arnold Şvartsenegger Münhen hava limanında saxlanıldı: səbəb çox maraqlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger hərraca çıxarmağı planlaşdırdığı bahalı saatın vergi bəyannaməsi olmadığı üçün Münhen hava limanında alman gömrükçüləri tərəfindən saxlanılıb

Editor.az bildirir ki, bu barədə “Bild” Münhen gömrük idarəsinin rəhbəri Tomas Mayerə istinadən xəbər verir. “Biz Arnold Svarseneggerin mümkün vergidən yayınmasını araşdırırıq. Saat xaricdən gətirildiyi üçün bəyan edilməli idi”, – Mayer nəşrə bildirib.

Nəşrin məlumatına görə, Şvartsenegger Dünya İqlim Sammitində iştirak etmək üçün Münhendən Avstriyanın Kitzbühel şəhərinə getməyi planlaşdırırdı. Sabah, yanvarın 18-də aktyor sammit öncəsi nahar zamanı öz imzası olan İsveçrə “Audemars Piguet” qol saatını hərracda satmaq niyyətində idi. Nəşr iddia edir ki, bu da gömrükçülərin diqqətini cəlb edib.

“Bild” yazır ki, Şvartsenegger həbsi “olduqca sakit” qəbul edir, lakin o, artıq Münhen-Kitzbühel reysini qaçırıb.

//Samir Qurbanov, Editor.az