“Arsenal”dan ayrılan futbolçu Yunanıstan klubundabackend

“Arsenal”dan ayrılan futbolçu Yunanıstan klubunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə “Arsenal”dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Editor.az.az qol.az-a istinadən xəbər verir ki, yunanıstanlı futbolçu karyerasını ölkəsində – “Olimpiakos” klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK (Afina) klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində “Cenoa”, “Milan”, “Verder”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib.

Loading...