“Arsenal” Fabio Vieranın transferini sonlandırırbackend

“Arsenal” Fabio Vieranın transferini sonlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Arsenal” yeni mövsüm üçün hazırlıqlara başlayıb. Editor.az “sporx” saytına istinadən xəbər verir ki, “topçular” artıq yay transfer pəncərəsi zamanı üç oyunçu almağa hazırlaşır. Klub bu yay Matt Taylor və Marqinsonu heyətinə qatmağı bacarıb. London təmsilçisi Portuqaliyanın “Porto” klubunda çıxış edən Fabio Viera ilə də razılaşıb.

Əldə olunan məlumata portuqaliyalı futbolçu ən qısa zamanda İngiltərəyə səfər edəcək. O, həkim müainəsindən keçən sonra klubla 5 illik müqavilə imzalayacaq.

“Arsenal”ın bu transferin baş tutması üçün 50 milyondan az ödədiyi məlum olub. London təmsilçisi 22 yaşlı oyunçunun azad olunması üçün 35 milyon avro və bonus olaraq 6 milyon avro ödəyib.

“Porto”nun aşağı yaş qruplarında yetişən Viera son mövsümdə 39 oyunda 7 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az